IVY HUB Tədris Mərkəzi Bakıda fəaliyyətə başladı: Şagirdləri dünyanın ən yaxşı universitetlərinə hazırlayır!

Biznes
  • 24 fevral, 2025
  • 12:55
IVY HUB Tədris Mərkəzi Bakıda fəaliyyətə başladı: Şagirdləri dünyanın ən yaxşı universitetlərinə hazırlayır!

Bakıda IVY HUB tədris mərkəzinin rəsmi açılış mərasimi keçirildi.

Fevralın 22-də baş tutmuş tədbirdə Milli Məclisin deputatı, Elm və Təhsil Komitəsinin üzvü Fatma Yıldırım, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Elm və Təhsil Nazirliyi yanında Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, eləcə də ictimai təşkilatların nümayəndələri, incəsənət xadimləri və digər qonaqlar iştirak etdilər.

Açılış mərasimi rəsmi lentkəsmə ilə başladı. Bu rəmzi mərasimdə F.Yıldırım və O.Məmmədov iştirak etdilər.

Daha sonra tədbirin rəsmi hissəsi davam etdi və çıxışlar dinlənildi. Natiqlər təhsil sahəsində innovativ yanaşmaların və IVY HUB-ın bu istiqamətdəki rolunun əhəmiyyətindən bəhs etdilər.

Tədbirin qeyri-rəsmi hissəsində isə qonaqlar üçün furşet təşkil olundu və onlar IVY HUB-ın imkanları ilə daha yaxından tanış oldular.

IVY HUB tədris mərkəzi beynəlxalq imtahanlara hazırlıq sahəsində geniş və fərdiləşdirilmiş proqramlar təklif edir. Burada SAT, IELTS, TOEFL və Duolingo kimi testlərə hazırlıq kursları, eləcə də ingilis dili biliklərini gücləndirmək üçün ümumi ingilis dili dərsləri mövcuddur. IVY HUB-da proqramlar sadəcə test suallarını cavablandırmaq üçün baza biliklərini öyrətməklə məhdudlaşmır. Burada hər bir şagirdin fərdi ehtiyaclarına uyğun təlim strategiyaları hazırlanır, düzgün hədəflər təyin olunur və potensialından tam istifadə edərək maksimum nəticə qazanmasına yardım edilir.

Hazırlıq prosesinin effektivliyini artırmaq üçün IVY HUB şagirdlərə psixoloq və mentor dəstəyi təklif edir. Bu yanaşma, IVY HUB-ı digər tədris mərkəzlərindən fərqləndirən əsas cəhətlərdən biridir.

Bundan əlavə, IVY HUB şagirdlərin xaricdə təhsil almasına dəstək olmaq üçün bütün mərhələlər üzrə “Xaricdə təhsil” xidmətləri paketini təklif edir. Bu paket qəbul strategiyalarını öyrənmək, universitet araşdırması aparmaq, müraciət portfeli hazırlamaq, esse yazılması və təqaüd imkanlarını dəyərləndirmək, şagirdlərin universitetlərə yerləşdirilməsi və s. kimi addımları özündə birləşdirir.

IVY HUB adı dünya miqyasında prestijli universitetlərin toplandığı “Ivy League”dən ilham alınaraq seçilmişdir və missiyası azərbaycanlı şagirdlərin dünyanın nüfuzlu universitetlərinə qəbul olunmasına yardım etməkdir. Bunun üçün peşəkar komandası və müasir tədris metodlarını bir araya gətirərək ali təhsilə hazırlıq və xaricdə təhsil xidmətlərində mükəmməlliyin simvolu olmağı hədəfləyir.

Məlumat üçün:
Veb sayt: ivyhub.az
Ünvan: İstiqlaliyyət küçəsi 27/20, Bakı
Telefon: +994 010 2337707
Email: info@ivyhub.az

44 filmi