İran Azərbaycana mandarin ixracını kəskin artırıb

Biznes
  • 06 avqust, 2022
  • 07:18
İran Azərbaycana mandarin ixracını kəskin artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycan xaricdən 4,852 milyon ABŞ dolları dəyərində 6 min 842 ton mandarin alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2,5 %, kəmiyyət olaraq – 9,6 % çoxdur.

Hesabat dövründə Türkiyədən 4,4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 34,1 % artıb) 6 min 230 ton (+33,9 %), Pakistandan 335 min ABŞ dolları dəyərində (-60,4 %) 419,2 ton (-60,3 %), Misirdən 106 min ABŞ dolları dəyərində (+64,1 %) 139,2 ton (+63,5 %), Perudan 20 min ABŞ dolları dəyərində (+2,3 dəfə) 25,4 ton (+2,3 dəfə), İrandan 15 min ABŞ dolları dəyərində (+774 dəfə) 22,1 ton (+2 212 dəfə) məhsul gətirilib.

Ötən il xaricdən (7 ölkə) aldığımız 8 min 676 ton mandarinin 79 %-i Türkiyənin payına düşüb.

44 - Tezliklə