İqtisadiyyat Nazirliyi martda telefonla 42 mindən çox müraciət qəbul edib

İqtisadiyyat Nazirliyi martda telefonla 42 mindən çox müraciət qəbul edib Bu ilin mart ayında İqtisadiyyat Nazirliyinin 195-1 Çağrı Mərkəzinə 42 331 müraciət daxil olub.
Biznes
13 Aprel , 2023 16:31
İqtisadiyyat Nazirliyi martda telefonla 42 mindən çox müraciət qəbul edib

Bu ilin mart ayında İqtisadiyyat Nazirliyinin 195-1 Çağrı Mərkəzinə 42 331 müraciət daxil olub.

"Report" nazirliyə istinadən xəbər verir ki, bunun 36 minə yaxını canlı rejimdə, qalanları isə səsli menyu xidməti vasitəsilə qəbul edilib.

Müraciətlər əsasən, sahibkarlıq fəaliyyəti, vergi ödəyicisinin hüquq və vəzifələri, istehlakçı hüquqları, daşınmaz əmlakın dövlət qeydiyyatına alınması, dövlət əmlakının özəlləşdirilməsi, həmçinin İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə və fəaliyyət istiqamətlərinə dair digər məsələləri əhatə edib.

Vətəndaşların İqtisadiyyat Nazirliyinə və qurumlarına müraciətinin daha da asanlaşdırılması, vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədilə yaradılmış 195-1 Çağrı Mərkəzinə ölkənin istənilən regionundan birbaşa zəng etmək olar. Çağrı Mərkəzinin göstərdiyi xidmətlər ödənişsizdir.

Son xəbərlər

Orphus sistemi