Bu gün dünyanın ən uğurlu beyin mərkəzlərindən olan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) yaradılmasından 5 il ötür.
“Report” xəbər verir ki, Mərkəz Prezident İlham Əliyevin qurumun yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında 20 aprel 2016-cı il tarixli fərmanı ilə təşkil edilib.
Dövlət başçısının imzaladığı digər fərmanla isə “Dövlət qurumları tərəfindən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə sifarişlərin verilməsi və maliyyələşdirilməsi Qaydası” təsdiqlənib. Mərkəzin yaradılması prezidentin həyata keçirdiyi və vətəndaşın rifahına yönəlmiş islahatların davamı kimi qiymətləndirilir.
İİTKM fəaliyyət göstərdiyi müddətdə 50-yə qədər strategiya, proqram, fəaliyyət planı, konsepsiya, strateji yol xəritələri, texniki-iqtisadi əsaslandırma və digər sənədlərin hazırlanmasına töhfə verib, habelə Qarabağın reinteqrasiyası üçün lazım olan iqtisadi əsaslandırma prosesində iştirak edib, islahat gündəliyinin formalaşmasına dəstək olub. Mərkəzin təhlil imkanlarını artırmaq üçün “EconLAB” iqtisadi təhlil laboratoriyasında Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Asiya İnkişaf Bankı, Avropa İttifaqı və SECO-nun dəstəyilə maliyyə proqramlaşdırılması, ümumi tarazlıq, xərclər-buraxılış, ORANİ, mikrosimulyasiya, Xarici Sektorun Qiymətləndirilməsi (EBA-lite) kimi modellər yaradılıb.
Dünya Bankının regionda uğur hekayəsi kimi təqdim etdiyi İİTKM-də yaradılan monitorinq və qiymətləndirmə institutu BP şirkətinin dəstəyilə
İİTKM-nın icraçı direktoru Vüsal Qasımlı rəhbərlik etdiyi beyin mərkəzinin son 5 ildə gördüyü işlər haqqında məlumat verir və bildirib ki, Azərbaycanda həyata keçirilən sosial-iqtisadi və siyasi islahatlar ölkə başçısının siyasi iradəsini əks etdirir: “2016-cı ildə Azərbaycan qlobal şokların, xüsusən də neft qiymətlərinin azalması və ticarət tərəfdaşlarımız olan ölkələrin resessiyası nəticəsində son 20 ildə ilk dəfə iqtisadi geriləmə gördü. Mərkəzin yaradılması məhz cənab prezidentin yeni iqtisadi model quruculuğunun tərkib hissəsi kimi diqqətdən keçirilməlidir. Elə həmin il biz Azərbaycanda strateji yol xəritələrinin yaradılması üçün dövlət qurumları, akademik dairələr, beynəlxalq inkişaf partnyorları, konsaltinq firmaları, vətəndaş cəmiyyətinin 400-ə qədər nümayəndəsindən ibarət bir platformaya çevrildik və strateji yol xəritələri yaradıldı.
Bu 5 il ərzində strateji yol xəritələrindən kənarda 50-yə qədər dövlət sənədlərinin proqramlarının tədbirlər planlarının fəaliyyət zamanlarının hazırlanmasında mərkəz yaxından iştirak edib. Böyük qürur hissi ilə sonda demək istəyirəm ki, 2021-2025-ci illərdə ölkənin sosial-iqtisadi inkişaf strategiyası və Qarabağın reinteqrasiyası ilə bağlı dövlət proqramının da hazırlanmasında yaxından iştirak edirik.
Bu 5 il ərzində cənab prezident tərəfindən Azərbaycanda iqtisadi islahatların idarə edilməsi modeli quruldu. Azərbaycan Dünya Bankının “Doing Business” hesabatında dünyanın ən islahatçısı top 10 ölkəsinin siyahısına daxil edildi. Hətta 190 ölkə arasında 25-ci yerə qədər irəlilədi”.
Bu gün dünyanın ən uğurlu beyin mərkəzləri sırasında yer alan İİTKM-nin bir sıra innovativ inkişafa rəqəmsal dəstək layihələri mövcuddur. Onların sırasında Azexport.az portalını, Rəqəmsal Ticarət Qovşağını (Digital Trade Hub–
İİTKM Beynəlxalq Biznes və Reytinqlər üzrə Komissiyanın 19 işçi qrupunun müzakirələr apardığı bir platforma rolunu oynayır. Komissiyada müxtəlif tərəfləri təmsil edən 300-dən çox nümayəndə iştirak edir.
Mərkəzin baş analitiki Günay Quliyeva təmsil etdiyi təşkilatın əsas funksiyalarından biri müxtəlif qurumlar arasında əlaqələrin qurulmasına dəstək vermək olduğunu deyir: “Bu Komissiyanın fəaliyyət planında nəzərdə tutulur ki, Azərbaycanda aparılan uğurlu siyasət həm də beynəlxalq reytinqlərdə də öz əksini tapmış olsun. Buna görə də dövlət qurumlarının fəaliyyət planında nəzərdə tutulmuş bütün tədbirlər üzrə icranı İİTKM həyata keçirir.
Nəzərə almaq lazımdır ki, son 2 ildə Azərbaycan bir çox beynəlxalq reytinqlərdə uğurla irəliləyib. Ən uğurlu addımlardan biri odur ki, “Doing Business” hesabatına görə 10 ən islahatçı ölkə siyahısını daxil olmuşuq. Təbii ki, burada Mərkəzində böyük rolu olub ki, ihansı islahatlar daha uğurla həyata keçirilə bilər. Bununla bağlı ayrı-ayrı dövlət qurumlarına tövsiyələr verilib, üstəlik həmin tədbirlərin monitorinqi da aparılıb”.
Mərkəzin uğurlu layihələrindən olan azexport.az portalının fəaliyyəti ölkə başçısının da diqqətindən yayınmayıb. Prezident İlham Əliyev "Azexport" portalının fəaliyyətinin bir sıra ölkələrə nümunə olduğunu qeyd edib: “Avropa ölkələrində, Körfəz ölkələrində, Asiya ölkələrində bizim məhsullara maraq var, sadəcə olaraq, bu günə qədər onlarda məlumat yox idi. “Azexport” portalının yaradılması da bu istiqamətdə atılan çox ciddi bir addımdır. İndi portala bütün dünyadan sifarişlər gəlir. Amma əvvəllər heç kim bilmirdi ki, biz nə istehsal edirik. İndi bilirlər, müraciət edirlər, elektron qaydada müqavilələr bağlanır. Yəni, bu, böyük bir hadisədir və belə addımların atılması görün sahibkarların işini nə qədər yüngülləşdirir".
Prezidentin "Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında" 21 sentyabr 2016-cı ildə tarixli sərəncamı əsasında yaradılan Azexport.az portalı Azərbaycanda istehsal olunan malların vahid məlumat bazasıdır. Təkcə bir faktı qeyd etmək lazımdır ki, sahibkarlar bu platforma vasitəsilə öz yerli məhsullarını ödənişsiz qaydada bütün dünyada nümayiş etdirə bilirlər.
Azexportun fəaliyyət göstərdiyi müddət ərzində Azərbaycan məhsullarının beynəlxalq onlayn ticarət platformalarında mövcudluğu 500 dəfə artıb. 2017- 2021-ci illərdə Azexport portalına dünyanın 141 ölkəsindən müxtəlif (sənaye, qida, tekstil, kənd təsərrüfatı və s.) məhsullar üzrə 2 milyard ABŞ dollarından artıq ixrac sifarişi daxil olub.
İİTKM-nın digər uğurlu layihələri mütəmadi hazırlanan "İslahat icmalı” və “ixrac icmalı”dır.
Iqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktorunun müavini Ramil Hüseyn təmsil etdiyi təşkilatın hər il hazırladığı “İxrac icmalı”nın sahibkarların fəaliyyətinin genişlənməsinə müsbət təsir etdiyini deyir: "Mərkəzin fəaliyyət göstərdiyi 5 il ərzində xüsusən də maarifləndirmə-kommunikasiya işlərinə diqqət yetirilib və sahibkarlar həyata keçirilən islahatlarla bağlı marifləndirilib. Bu işin də tərkib hissəsi kimi “İxrac icmalı” və “İslahat icmalı” hazırlanıb.
Bildiyiniz kimi son 5 ildə Azərbaycanda ticarətin asanlaşdırılması, ixracla bağlı çox ciddi islahat tədbirləri həyata keçirilib. “İslahat icmalı” ilə yanaşı “İxrac icmalı”nın da nəşr edilərək sahibkarlara çatdırılması bu islahatlarla bağlı onların məlumatlılığının artırmağa xidmət edir”, - deyə Mərkəz rəsmisi əlavə edib.