“INMerge” Innovasiya Sammitinə 1 ay qaldı!

“INMerge” Innovasiya Sammitinə 1 ay qaldı! 10-11 oktyabr 2024-cü il tarixlərində "PAŞA Holdinq" MMC-nin təşkilatçılığı ilə Bakıda baş tutacaq “INMerge” Innovasiya Sammitində müasir texnoloqiya və biznesin gələcəyini formalaşdıran müxtəlif transformativ sahələr diqqət mərkəzində olacaq.
Biznes
12 Sentyabr , 2024 14:42
“INMerge” Innovasiya Sammitinə 1 ay qaldı!

10-11 oktyabr 2024-cü il tarixlərində "PAŞA Holdinq" MMC-nin təşkilatçılığı ilə Bakıda baş tutacaq “INMerge” Innovasiya Sammitində müasir texnologiya və biznesin gələcəyini formalaşdıran müxtəlif transformativ sahələr diqqət mərkəzində olacaq.

Belə ki, müzakirə olunacaq mövzular sırasında Fintech, Telekommunikasiya, E-ticarət, Süni intellekt, Marketinq, Insurtech kimi önəmli və hazırda trend hesab edilən mövzular olacaq. Bundan əlavə, "yeni iqdisadiyyat" vertikalında qabaqcıl texnoloqiyaların istehsal innovasiyasını necə idarə etdiyi kimi mövzular müzakirə olunacaq.
Sammit zamanı həyata keçiriləcək Startaplar müsabiqəsi 25 000$ mükafat fondunda malik olacaq. Bununla yanaşı, startap sahibləri həm investorlar tərəfindən investisiya, həm də PAŞA Holding tərəfindən əlavə 200 000$-a qədər yatırım əldə edə biləcəklər.

Tədbirdə "YouTube"un həmtəsisçisi Steve Chen, "Amazon"un baş texnologiya direktoru Werner Vogels və Harvard Biznes Məktəbinin professoru Linda Hill kimi tanınmış spikerlər çıxış edəcək.

Əlavə məlumat və biletlərin əldə edilməsi üçün www.inmerge.az saytına daxil olun.

Son xəbərlər

Orphus sistemi