IMF Ukrayna iqtisadiyyatının əsas problemlərini açıqlayıb

Biznes
  • 27 sentyabr, 2019
  • 08:19
IMF Ukrayna iqtisadiyyatının əsas problemlərini açıqlayıb

Beynəlxalq Valyuta Fondu (İMF) Ukrayna iqtisadi artıma mane olan səbəbləri açıqlayıb. 

“Report” bu barədə Rusiya mətbuatına istinadən xəbər verir. 

İMF-in missiyasının hazırladığl hesabatda deyilir ki, Ukrayna iqtisadiyyatının böyüməsi korrupsiya, eləcə də “hüquqi bazada çatışmazlıqlar olan zəif biznes mühiti" ilə məhdudlaşır.

Fondun qənaətincə, ölkə iqtisadiyyatında qeyri-effektiv dövlət müəssisələri və oliqarxlar üstünlük təşkil edir.