IFO: Qlobal biznes mühiti pisləşib

Biznes
  • 12 noyabr, 2019
  • 14:47
IFO: Qlobal biznes mühiti pisləşib

Mərkəzi Almaniyanın Münhen şəhərində yerləşən İqtisadi Tədqiqatlar İnstitutu (IFO) bu ilin IV rübü üçün biznes mühiti indeksini (WES) açıqlayıb. 

"Report" xarici mətbuata istinadən xəbər verir ki, indeks 117 ölkədən 2 230 mütəxəssisin iştirakı ilə hazırlanıb və qlobal biznes mühitinin pisləşdiyini üzə çıxarıb. 

Belə ki, III rüb üçün indeks -10,1 bal təşkil etdiyi halda, IV rüb üçün -18,8 bala düşüb. Bu, 2009-cu ilin II rübündən bəri ən aşağı həddir. 

IFO-nun rəhbəri Klemens Faust bildirib ki, indeksin hazırlanmasında iştirak etmiş mütəxəssislər dünyada fərdi istehlakın azalacağını, ticarət və investisiya fəaliyyətlərnin zəifləyəcəyini gözləyir: "Odur ki, bu ilin yazı ilə müqayisədə makroiqtisadi tələbi və innovasiyaları qeyri-kafi qiymətləndirən mütəxəssislərin sayı artıb". 

44 filmi