İcra başçısı: “İsmayıllı Velosiped Zavodunda əlil arabaları istehsal ediləcək"

İcra başçısı: “İsmayıllı Velosiped Zavodunda əlil arabaları istehsal ediləcək" Artıq 2 ildən çoxdur ki, zavodun fəaliyyəti bərpa edilib. Təkcə ötən il zavoda 50 minə yaxın velosipedin hazırlanması üçün ehtiyat hissələrini gətirmişik. Həmin hissələr Yaponiya, Çin və digər ölkələrdən alınır
Biznes
16 İyul , 2022 14:14
İcra başçısı: “İsmayıllı Velosiped Zavodunda əlil arabaları istehsal ediləcək

"İsmayıllı Velosiped Zavodunda əlil arabalarının istehsalı nəzərdə tutulub.

Bunu "Report"un sualına cavabında İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov deyib.

Onun sözlərinə görə, zavod fəaliyyətini genişləndirəcək: "Artıq 2 ildən çoxdur ki, zavodun fəaliyyəti bərpa edilib. Təkcə ötən il zavoda 50 minə yaxın velosipedin hazırlanması üçün ehtiyat hissələri gətirmişik. Həmin hissələr Yaponiya, Çin və digər ölkələrdən alınır".

İcra başçısı istehsalın artacağını da bildirib: "Hazırda əsasən yerli bazar üçün velosiped istehalı həyata keçirilir. Amma xaricə də ixracımız var. Artıq investor da dəyişib və zavodun istehsalını genişləndirmək planları var. Burada həmçinin əlillər üçün həm mexaniki, həm də elektron arabaların istehsalı da nəzərdə tutulur".

Son xəbərlər

Orphus sistemi