İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 60 avtomobil alır

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 60 avtomobil alır İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi kiçik həcmli yükdaşımalar üçün 60 ədəd universal tipli avtomobillərin alınmasına dair elan etdiyi açıq tenderə yekun vurub.
Biznes
10 Dekabr , 2021 15:51
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 60 avtomobil alır

İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi kiçik həcmli yükdaşımalar üçün 60 ədəd universal tipli avtomobillərin alınmasına dair elan etdiyi açıq tenderə yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Autouniversal" MMC-dir.

Qalib şirkətə 1,647 mln manat ödəniləcək. Başqa sözlə, avtomobilin biri Agentliyə 27 450 manata başa gələcək.

Son xəbərlər

Orphus sistemi