​İtaliyanın Azərbaycana investisiya yatırımları 500 mln. dollara çatıb

​İtaliyanın Azərbaycana investisiya yatırımları 500 mln. dollara çatıb Nazir müavininin sözlərinə görə, hazırda Azərbaycanda 66 İtaliya şirkəti fəaliyyət göstərir
Biznes
9 Oktyabr , 2015 17:39
​İtaliyanın Azərbaycana investisiya yatırımları 500 mln. dollara çatıb

Bakı. 9 oktyabr. REPORT.AZ/ İtaliyanın Azəbaycana yatırdığı investisiyaların ümumi həcmi 480 mln. ABŞ dollarına çatıb. "Report" xəbər verir ki, bunu Bakıda İtaliya və Azərbaycan investorlarının iştirakı ilə keçirilən konfransda çıxış edən iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov deyib.

Nazir müavininin sözlərinə görə, hazırda Azərbaycanda 66 İtaliya şirkəti fəaliyyət göstərir:

"2014-cü ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 5 mlrd. dolları keçib. Bu fakt ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsinin mümkün olduğunu göstərir. Bu əlaqələr Trans-Adriatik boru kəməri (TAP) və Trans-Anadolu boru kəməri (TANAP) layihələri vasitəsilə daha da genişlənəcək", - S.Məmmədov əlavə edib.

Son xəbərlər

Orphus sistemi