Azərbaycanın işğal olunmuş ərazilərindəki qeyri-qanuni fəaliyyət iqtisadiyyata zərər vurur

Azərbaycanın işğal olunmuş ərazilərindəki qeyri-qanuni fəaliyyət iqtisadiyyata zərər vurur Bakı. 5 mart. REPORT.AZ/ Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfinin qeyri-qanuni iqtisadi fəaliyyəti, ticarəti, təbii sərvətləri istismar etməsi ölkə iqtisadiyyatına milyardlarla dollar zərər vurur.
Biznes
5 Mart , 2019 11:30
Azərbaycanın işğal olunmuş ərazilərindəki qeyri-qanuni fəaliyyət iqtisadiyyata zərər vurur
Report

Bakı. 5 mart. REPORT.AZ/ "Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfinin qeyri-qanuni iqtisadi fəaliyyəti, ticarəti, təbii sərvətləri istismar etməsi ölkə iqtisadiyyatına milyardlarla dollar zərər vurur".

"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov Bakıda "Hərbi işğal altında olan ərazilərdə iqtisadi və digər fəaliyyətlərin qeyri-qanuniliyi: üçüncü tərəflərin öhdəlikləri və münaqişənin həllinə təsiri" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

"Onları ya Ermənistan ərazisində, ya da offşor zonalarda Azərbaycanın işğal olunmuş ərazilərində resurslar çıxaran və onu beynəlxalq bazarlara xammal şəklində çıxaran şirkətlər yaradıb", - R.Məmmədov bildirib.

Nazir müavini vurğulayıb ki, heç bir dövlət bu cür hərəkətləri qanuni hesab edə və onları dəstəkləyə bilməz: "İşğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyət beynəlxalq hüquqda cinayətdir. Azərbaycan beynəlxalq təşkilatlarla çox sıx əməkdaşlıq edir və şirkətlərin işğal olunmuş torpaqlarımızda qanunsuz fəaliyyət göstərməməsi üçün beynəlxalq hüquq normalarının pozulması hallarının qarşısını almağa çalışır. Bəzən bu qeyri-qanuni fəaliyyətləri humanitar yardım kimi təqdim etməyə çalışırlar, lakin biz bunun mahiyyətini yaxşı başa düşürük". 

Son xəbərlər

Orphus sistemi