İran şirkəti Azərbaycanda ağır tonnajlı yük maşınları üçün qoşqular satacaq

İran şirkəti Azərbaycanda ağır tonnajlı yük maşınları üçün qoşqular satacaq Bu gün İranın Maral treyler şirkəti ilə Azərmaş ASC arasında distribüterlik müqaviləsi imzalanıb.
Biznes
19 Aprel , 2019 11:57
İran şirkəti Azərbaycanda ağır tonnajlı yük maşınları üçün qoşqular satacaq

Bu gün İranın "Maral" treyler şirkəti ilə "Azərmaş" ASC arasında distribüterlik müqaviləsi imzalanıb.

"Report" xəbər ki, bu barədə jurnalistlərə “Azərmaş”ın İdarə Heyətinin sədri Emin Axundov bildirib.

“Müqavilə ağır tonnajlı yük maşınları üçün qoşquların Azərbaycanda satışını nəzərdə tutur. Daha sonra həmin qoşquların istehsalı üçün Azərbaycanda yeni zavodun tikilməsi gözlənilir” – o deyib.

Son xəbərlər

Orphus sistemi