HUAWEI-in mükəmməl smartfonları: NOVA 12s və NOVA 12SE

HUAWEI-in mükəmməl smartfonları: NOVA 12s və NOVA 12SE HUAWEI nova 12s və nova 12 SE smartfonları, estetik dizayn və texnoloji imkanların ideal birləşməsini təqdim edir. Bu modellər sadəcə gözəl dizayn olunmamışdır, eyni zamanda müasir istifadəçilərin ehtiyaclarını qarşılayan bir çox funksiyaya malikdir. Hər
Biznes
20 Sentyabr , 2024 16:30
HUAWEI-in mükəmməl smartfonları: NOVA 12s və NOVA 12SE

HUAWEI nova 12s və nova 12 SE smartfonları, estetik dizayn və texnoloji imkanların ideal birləşməsini təqdim edir. Bu modellər sadəcə gözəl dizayn olunmamışdır, eyni zamanda müasir istifadəçilərin ehtiyaclarını qarşılayan bir çox funksiyaya malikdir. Hər iki smartfon gündəlik istifadəyə mükəmməl uyğun gəlir və istifadəçilərin həyatını asanlaşdıracaq funksiyalarla təchiz olunub.

Unikal Dizayn və Parlaq Ekran

Bu modellər zərif və müasir dizaynları ilə seçilir. HUAWEI nova 12s və yalnız 6,8 mm qalınlığa və 168 qram ağırlığa, HUAWEI nova 12 SE isə 7,39 mm qalınlıq və 186 qram ağırlığa malikdirlər, bu da onlara yüngüllük və rahatlıq qazandırır. HUAWEI nova 12s mavi, qara , HUAWEI nova 12 SE yaşıl,ağ və qara fərqli rənglərdə mövcuddur.

Hər iki modelin ekranı çərçivəzsidir, nova 12s OLED 6,7 düym ölçüsündədir və FHD+ (2412 × 1084 piksel), ekran icazəsik təklif edir, nova 12 SE isə 6,67 düym və FHD+ (2400 x 1080 piksel) ekran icazəsi ilə təqdim olunur. Nova 12s 120 Hz-ə nova 12 SE 90 Hz qədər yeniləmə tezliyi, animasiyanın axıcılığını və interfeysin reaksiya sürətini təmin edir. HDR dəstəyi isə görüntüyə daha parlaq və canlı bir təsir bəxş edir. Bu xüsusiyyətlər ilə HUAWEI nova 12s və nova 12 SE gündəlik istifadə üçün ideal bir seçimdir.

Şəkilləriniz üçün Möhtəşəm Kamera

HUAWEI nova 12s və nova 12 SE, mükəmməl kontent yaratmaq üçün üstün kameralara malikdir. Nova 12 modelində 50 MP-lik əsas kamera və 8 MP-lik makro obyektiv, nova 12 SE modelində isə üçlü 108 MP-lik kamera mövcuddur. Bu imkanlar sayəsində siz:

  • XD Portrait Engine texnologiyası ilə real dəri tonlarını əks etdirən yüksək keyfiyyətli portretlər çəkə bilərsiniz.
  • Ultra geniş bucaq obyektivi ilə mənzərə şəkilləri yaradaraq geniş sahələri əhatə edə bilərsiniz.
  • Detalları incəliklə təqdim edən makro obyektivdən istifadə edərək heyrətamiz makrofotolar çəkə bilərsiniz.
  • Dual görüntü rejimində iki kameradan eyni anda yüksək keyfiyyətli video çəkmək imkanı qazanırsınız.
  • Gecə rejimi və HDR dəstəyi ilə 60 MP və ya 32 MP-lik ön kamera vasitəsilə ideal selfilər əldə edə bilərsiniz.

Bu xüsusiyyətlər HUAWEI nova 12s və nova 12 SE-ni foto çəkməyi sevənlərüçün əvəzolunmaz bir vasitəyə çevirir.

Ağıllı İstifadəçi İnterfeysi
Hər iki model EMUI 14 üzərində fəaliyyət göstərir və intuitiv, funksional bir interfeys təqdim edir. Vidcetlərin dəyişdirilməsi və lazım olan məzmuna asanlıqla giriş imkanı sayəsində smartfonunuzu şəxsi istəklərinizəuyğunlaşdıra bilərsiniz. SuperHub sistemi məlumatlara effektiv şəkildə nəzarət etməyə və informasiya mübadiləsi aparmağa imkan tanıyır.

Güclü Performans və Uzunmüddətli İstifadə Ömrü

HUAWEI nova 12s Qualcomm Snapdragon 778G, nova 12 SE isə Qualcomm Snapdragon 680 prosessoru ilə təchiz olunmuşdur, beləliklə tapşırıqlar sürətlə və effektiv şəkildə icra olunur. 4500 mAh-lıq batareya ilə birlikdə HUAWEI SuperCharge Turbo 2.0 texnologiyası, sadəcə 15 dəqiqə ərzində cihazınızı 62%-ə qədər doldurmağa imkan tanıyır. Bu xüsusiyyət aktiv istifadəçilər üçün mükəmməl bir həlldir. Eyni zamanda, barmaq izi skanı və üz tanıma sistemləri sayəsində məlumatlarınızın təhlükəsizliyi tam qorunur.

Nəticə olaraq, HUAWEI nova 12s və nova 12 SE — stil, keyfiyyət və funksionallığı bir araya gətirən mükəmməl smartfonlardır.

Son xəbərlər

Orphus sistemi