Hollandiya nümayəndə heyəti bu gün Bakıya gələcək

Biznes
  • 14 may, 2018
  • 07:40
Hollandiya nümayəndə heyəti bu gün Bakıya gələcək
Hollandiyanın Azərbaycandakı səfiri Onno Kervers
Report/ Firi Salim

Bakı. 14 may. REPORT.AZ/ Bu gün Azərbaycana Hollandiyadan ticarət missiyası gələcək.

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə Hollandiyanın Azərbaycandakı səfiri Onno Kervers məlumat verib.

O deyib ki, kənd təsərrüfatı və tikinti sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələrindən ibarət qrup Bakıya "CaspianAgro" konfransına qatılmaq üçün gələcək.

"Ona yaxın şirkət Hollandiyanın kənd təsərrüfatı və tikinti məhsullarını təqdim edəcək. Sonra Expo Mərkəzdə Azərbaycanla Hollandiya arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq üzrə seminar keçiriləcək", - səfir qeyd edib.

44 filmi