Gürcüstanın xarici ticarət dövriyyəsinin dəyəri 6%-ə yaxın artıb
Biznes
- 13 fevral, 2020
- 07:31
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar ayında Gürcüstanın xarici ticarət dövriyyəsinin dəyəri 882,4 milyon ABŞ dolları təşkil edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin məlumatında bildirilir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,7% çoxdur.
Yanvarda Gürcüstanın ixracının dəyəri illik müqayisədə 10% artaraq 262,6 milyon ABŞ dollarına, idxalının dəyəri isə 3,9% artaraq 619,7 milyon ABŞ dollarına bərabər olub.
Hesabat dövründə ölkənin ticarət kəsiri 357,1 milyon dollar olub ki, bunun da ümumi ticarət dövriyyəsindəki payı 40,5% təşkil edib.
Son xəbərlər
02:35
Foto
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib
Xarici siyasət
02:13
Azərbaycan Avropaya qaz ixracını artıracaq
Energetika
02:09
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
Energetika
02:02
Foto
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - Yenilənib
Xarici siyasət
01:41
Millətlər Liqası: İtaliya Fransanı məğlub edib, Türkiyə qələbəni əldən verib
Komanda
01:27
Harri Keyn İngiltərə millisində oyun sayına görə rekord müəyyənləşdirib
Futbol
01:17
Foto
Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Xarici siyasət
01:15
Vaşinqtonda atışmanın təfərrüatları məlum olub
Digər ölkələr
00:46
Avropa İttifaqı Naxçıvan dəmir yolu layihəsi üzrə qiymətləndirməni tezliklə yekunlaşdıracaq
İnfrastruktur