Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi azalıb

Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi azalıb Bu ilin IyarısındaGürcüstanvəAzərbaycanarasındaticarət dövriyyəsinin dəyəri451milyonABŞ dolları təşkil edib.
Biznes
20 İyul , 2020 11:56
Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi azalıb

Bu ilin I yarısında Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsinin dəyəri 451 milyon ABŞ dolları təşkil edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsindən bildirilib.

Azərbaycanın qonşu ölkənin ümumi ticarət dövriyyəsindəki payı 8,9%-ə bərabər olub.

Yanvar-iyunda Azərbaycan Türkiyə, Rusiya və Çindən sonra Gürcüstanın əsas ticarət tərəfdaşları arasında dördüncü yerdə qərarlaşıb. 

Ötən ilin analoji dövrü ilə müqayisədə Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin həcmində 11,3% azalma qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi