Gürcüstan üzərindən yük daşımaları azalıb, sərnişin daşımaları artıb
- 01 mart, 2019
- 12:04
Yeniliklərdən dərhal xəbərdar olun!
Tbilisi. 1 mart. REPORT.AZ/ Ötən il Gürcüstan ərazisi vasitəsilə 41,1 mln. ton yük daşınıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin statistik hesabatında bildirilib.
İllik müqayisədə qonşu ölkə üzərindən daşınan yüklərin həcmi 400 min ton azalıb.
Hesabat dövründə yüklərin böyük həcmi 31,1 mln. ton olmaqla avtomobil yolları ilə daşınıb. İllik müqayisədə bu göstərici 400 min ton artıb.
Dəmir yolu vasitəsilə yük daşımalarının həcmi isə illik müqayisədə 700 min ton azalaraq 10 mln. ton təşkil edib.
Hava nəqliyyatı ilə daşınan yüklərin həcmi isə ötən ilin analoji göstəricisi ilə müqayisədə 6,5 mln. ton azalaraq 25,5 mln. ton təşkil edib.
Qonşu ölkənin dəniz liman və terminalları vasitəsilə, ümumilikdə, 15,1 mln. ton yük daşınıb ki, illik müqayisədə bu göstəricidə 1,2 mln. ton azalma qeydə alınıb.
2018-ci ildə Gürcüstanda avtomobil, dəmir yolu və hava nəqliyyatı ilə daşınan sərnişinlərin sayı isə 401,1 mln. nəfər təşkil edib. İllik müqayisədə sərnişinlərin sayı 11,2 mln. nəfər artıb.