Gürcüstan Azərbaycandan idxalı azaldıb

Gürcüstan Azərbaycandan idxalı azaldıb 2019-cu ildə Gürcüstan Azərbaycandan ümumi dəyəri 559,13 milyon ABŞ dolları olan məhsul idxal edib.
Biznes
20 Yanvar , 2020 11:28
Gürcüstan Azərbaycandan idxalı azaldıb

2019-cu ildə Gürcüstan Azərbaycandan ümumi dəyəri 559,13 milyon ABŞ dolları olan məhsul idxal edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə qonşu ölkənin Milli Statistika İdarəsinin illik hesabatında bildirilir.

2018-ci illə müqayisədə Gürcüstanın Azərbaycandan idxalında 5,7% azalma qeydə alınıb.

Azərbaycan Gürcüstanın ümumi idxalında 6,2% paya sahib olmaqla qonşu ölkənin Türkiyə, Rusiya və Çindən sonra dördüncü əsas idxal tərəfdaşı olub.

Son xəbərlər

Orphus sistemi