Gürcüstandan Azərbaycana toxumluq kartof ixracı 5 dəfə artıb

Biznes
  • 30 avqust, 2022
  • 12:43
Gürcüstandan Azərbaycana toxumluq kartof ixracı 5 dəfə artıb

Bu ilin I yarısında Azərbaycana xaricdən 4,2 milyon ABŞ dolları dəyərində 10 min 286 ton toxumluq kartof gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 99 %, kəmiyyət olaraq – 98,4 % çoxdur.

Hesabat dövründə Gürcüstandan 1,9 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 4,9 dəfə artıb) 5 min 697 ton (+5 dəfə), Almaniyadan 955 min ABŞ dolları dəyərində (+3 dəfə) 970,8 ton (+3,2 dəfə), Ukraynadan 515 min ABŞ dolları dəyərində 1 min 561 ton (bir il əvvəl tədarük olmayıb), Rusiyadan 380 min ABŞ dolları dəyərində (-43,1 %) 1 min 149 ton (-43 %), Niderlanddan 229 min ABŞ dolları dəyərində (+28 %) 231,35 ton (+21 %) məhsul alınıb.

Ötən il Azərbaycanın idxal etdiyi (8 ölkədən) 32,1 min ton toxumluq kartofun 82 %-i Rusiyanın payına düşüb.

44 filmi