"Fitch": 2019-cu ildə qlobal avtomobil satışları 4% azalacaq
- 26 noyabr, 2019
- 09:16
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ildə qlobal avtomobil satışlarının təqribən 3,1 milyon azalacağı gözlənilir.
"Report" xəbər verir ki, bu barədə "Fitch" beynəlxalq reytinq agentliyinin hesabatında bildirilib.
Hesabata əsasən, avtobillər satışları 2017-ci ildə 81,8 milyon, 2018-ci ildə 80,6 milyon ədəd olmuşdusa, bu il göstəricinin 77,5 milyon ədəd olacağı güman edilir. Bu isə ötən ilə nisbətən qlobal avtomobil satışlarının 4% azalacağı deməkdir. Qeyd olunur ki, 3,1 milyon ədəd azalma 2008-ci ildən bəri ən böyük "geriləmədir".
"2018-ci ilin ortalarından bəri qlobal avtomobil bazarında eniş qlobal sənaye istehsalının da azalmasına əsas təsiredici amil oldu. Avtomobil satışındakı vəziyyət may ayında gözlədiyimizdən daha pis oldu", - "Fitch"in baş iqtisadçısı Brayan Koulton deyib.
Bu il dünya bazarına əsas mənfi təsir Çin tərəfdən olacaq. Belə ki, Çində bu ilin yanvar-oktyabr aylarında avtomobil satışı 2018-ci ilin eyni dövrü ilə müqayisədə 11% azalıb. Ümumiyyətlə 2019-cu ilin sonuna qədər Çində satışların 2,1 milyon ədəd azalaraq 21,6 milyon avtomobilə enəcəyi gözlənilir. ABŞ və Qərbi Avropadakı avtomobil bazarları bu il təxminən 2% - müvafiq olaraq 16,9 milyon və 14 milyon ədədə qədər azalacaq.