Fevralda Azexport.az portalına daxil olan sifarişlər 10 %-dək artıb

Fevralda Azexport.az portalına daxil olan sifarişlər 10 %-dək artıb 2022-ci ilin yanvar-fevral aylarında Azexport.az portalına 83,9 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.
Biznes
31 Mart , 2022 15:30
Fevralda Azexport.az portalına daxil olan sifarişlər 10 %-dək artıb

2022-ci ilin yanvar-fevral aylarında Azexport.az portalına 83,9 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.

"Report" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nın mart sayında bildirilir.

Məlumata görə, bu 2021-ci ilin ilk iki ayı ilə müqayisədə 5,3 milyon ABŞ dolları yaxud 5,94 % azdır.

Həmçinin 2022-ci ilin fevral ayında Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 38,7 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin fevralı ilə müqayisədə 3,4 milyon ABŞ dolları və ya 9,6 % çoxdur.

2022-ci ilin fevral ayında Azexport.az portalına ən çox ixrac sifarişi tütün, pambıq lifi, pambıq yağı, pambıq çiyidi, nar şirəsi, alma, şərab, toyuq əti, toyuq yumurtası, şəkər, fındıq və s. mallar daxil olub.

Bildirilir ki, 2017-ci ilin yanvar ayından 2022-ci ilin 28 fevral tarixinə kimi (62 ay ərzində) Azexport.az portalına dünyanın 145 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 2,804 milyard ABŞ dolları təşkil edib.

Son xəbərlər

Orphus sistemi