FAO Azərbaycanda zərərvericilər və pestisidlərin idarə edilməsinə dair dördillik layihəyə başlayıb

FAO Azərbaycanda zərərvericilər və pestisidlərin idarə edilməsinə dair dördillik layihəyə başlayıb BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycanda zərərvericilər və pestisidlərin idarə edilməsinə dair dördillik layihəyə başlayıb.
Biznes
3 May , 2019 11:07
FAO Azərbaycanda zərərvericilər və pestisidlərin idarə edilməsinə dair dördillik layihəyə başlayıb

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycanda zərərvericilər və pestisidlərin idarə edilməsinə dair dördillik layihəyə başlayıb.

“Report”un məlumatına görə, bu gün bununla bağlı Bakıda seminar təşkil edilib. Layihənin ilk seminarı pestisidlərin dövriyyəsinin idarə edilməsi və onların zərərsizləşdirilməsi sahəsində əməkdaşlığın yaradılmasını hədəfləyir.

Səminar FAO, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar, Səhiyyə Nazirlikləri və Qida Təhlükəsizliyi Agentliyi tərəfindn təşkil ediilib. Qlobal Ətraf mühiti Fondu (GEF) tərəfindən maliyyələşdirilən bu dörd illik layihənin məqsədi istifadəyə yararsız pestisid ehtiyatlarından və çirklənmiş ərazilərdən davamlı üzvi çirkləndiricilərin ətraf mühitə sızmasını azaltmaq və pestisidlərlə düzgün mübarizə aparmaq üçün potensialı gücləndirməkdir.

Seminarda çıxış edən FAO-nun Tərəfdaşlıq və Əlaqələndirici Ofisinin rəhbərinin müavini Dinara Abbas bildirib ki, 2015-ci ildə Azərbaycan hökuməti FAO ilə çox geniş proqram imzalayıb.

Onun sözlərinə görə, bu proqram 2016-2020-ci illəri əhatə edir və 10 mln. dollar dəyərindədir: “Ümumi olaraq FAO-nun Azərbaycanla 9 layihəsi var. Bu layihə də onların içərisindədir”.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşı Xəyalə Dadaşova deyib ki, layihə ölkə üçün olduqca əhəmiyyətlidir: "Ölkədə pestisidlərlə işləmək üzrə problemlərimiz var. Gəncə, Ucar, Salyanda lazımsız şəkildə saxlanan pestisidlər var.Onların bir mərkəzdə toplanaraq məhv olunması vacibdir”.

O bildirib ki, pestisidlərdən düzgün istifadə olunmaması insan orqanizminə və ətraf mühitə mənfi təsir göstərir: “Bununla bağlı rayonlarda maarifləndirmə işi aparılmalıdır. Ölkədə həm də bu sahədə kadr çatışmazlığı var. Bunun üçün də layihədən gözləntilərimiz çoxdur".

Həmçinin seminarda bildirilib ki, təxminlərə görə, dünyada istifadə olunan pestisidlərin yarısı istifadəyə yararsız vəziyyətdədir və onların əksəriyyəti keçmiş Sovet İttifaqının ərazisində, xüsusilə də Mərkəzi Asiya ölkələrindədir. Mərkəz olan mühüm bir subregionda pestisidlər kənd təsərrüfatında, xüsusilə pambıqçılıqda geniş istifadə olunur. Lakin, hüquqi tənzimləmə, idarəetmə və bir çox məsələlərdə hələ də çatışmazlıqlar var.

Seminarda qeyd edilib ki, FAO bu nöqsanların aradan qaldırılması üçün “Mərkəzi Asiya ölkələrində və Türkiyədə pestisidlərin dövriyyəsinin idarə edilməsi və davamlı üzvi çirkləndiricilərə aid edilən pestisidlərin zərərsizləşdirilməsi” adlı regional layihəyə start verib.

“Zərərvericilərlə mübarizə və pestisidlərin idarə olunması barədə danışarkən, biz əkinçilik, bitki istehsalı və məhsuldarlıq ilə yanaşı, zərərvericilərin və pestisidlərin kiçik fermerlərə, bazarlara, ticarətə və təbii sərvətlərə necə təsir göstərdiyini də danışırıq", - FAO-nun beynəlxalq eksperti Tania Santivanez deyib. "Bu, sağlam qidaların mövcudluğuna və sağlam qidanın əldə olunmasına təsir göstərərək ümumi ərzaq sisteminə təsir göstərir”.

Sentivanez qeyd edib ki, region üzrə 900 min tonluq çirkləndiricilər və yararsız olan pestisidlər təhlükəsiz qaydada məhv olunmalıdır və çirklənmiş sahələr bərpa olunmalıdır.

İqlim dəyişməsi və əkinçilik məhsullarının istehsalının intensivləşməsi zərərvericilərin və xəstəliklərin faizini artırır. Hesablamalara görə, həşəratlardan, otlardan və xəstəliklərdən təxminən illik itkilər 20 ilə 40 arasında dəyişir. Pestisidlər məhsul zərərlərinin azaldılmasında mühüm rol oynayır, lakin düzgün istifadə edilmədikdə, insan sağlamlığına və ətraf mühitə mənfi təsir göstərə bilərlər.

Santinavez FAO bu layihəyə inteqrasiya olunmuş zərərvericilərin idarə olunması ilə yanaşı alternativ həllərin artırılmasını və davamlı kənd təsərrüfatı naminə müəyyən məhsullara agroekoloji yanaşmaların təşviq edilməsini məqsəd qoyduğunu da vurğulayıb.

Azərbaycan hökumətindən, qeyri-hökumət təşkilatlarından və universitetlərdən müxtəlif mütəxəssislərin iştirakı ilə zərərvericilər və pestisidlərin idarə olunması üzrə layihənin effektiv həyata keçirilməsi üçün aydın bir yol xəritəsi hazırlanacaq.

Son xəbərlər

Orphus sistemi