“Embawood” balaca ürəkləri sevindirmək üçün uşaq evinə baş çəkdi

Biznes
  • 01 iyun, 2025
  • 15:02
“Embawood” balaca ürəkləri sevindirmək üçün uşaq evinə baş çəkdi

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Embawood” şirkəti korporativ sosial məsuliyyət (KSM) təşəbbüsü çərçivəsində Xətai rayonu, 3 saylı Uşaq Evinə ziyarət təşkil edib. Ziyarətin əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara diqqət və qayğı göstərmək, onların sevincini bölüşmək olub.

Tədbir çərçivəsində “Embawood” əməkdaşları uşaqlara müxtəlif hədiyyələr təqdim edib, onlarla birgə oyunlar oynayıb və əyləncəli vaxt keçiriblər. Animatorların təqdim etdiyi interaktiv proqram uşaqlar tərəfindən böyük maraqla qarşılanıb və onlarda xoş təəssüratlar yaradıb.

Korporativ sosial məsuliyyət yönümlü tədbirlərin keçirilməsində əsas məqsəd, cəmiyyətin diqqət və mənəvi qayğıya ehtiyacı olan təbəqəsinə dəstək olmaq, onlardan diqqət və qayğını əsirgəməməkdir. “Embawood”da bu təşəbbüslərlə sosial dəyərlərə önəm verdiyini və cəmiyyətin inkişafına töhfə verməyə davam etdiyini nümayiş etdirir.

“Embawood” üçün uşaq hüquqlarının müdafiəsi və rifahının təmin olunması, gələcəyin sağlam və güvənli cəmiyyətinin qurulması baxımından xüsusi əhəmiyyət daşıyır.

Qeyd edək ki, “Embawood” – Azərbaycanın ilk yerli mebel brendi olaraq, Masallı, Xırdalan və Sumqayıt şəhərlərində yerləşən üç istehsal fabriki, 100-dən artıq satış nöqtəsi və bir neçə ölkədə fəaliyyət göstərən beynəlxalq satış şəbəkəsi ilə minlərlə müştərinin etimadını qazanıb. Şirkət 29 illik fəaliyyəti ərzində müştəriyönümlü yanaşması və keyfiyyətli xidmət prinsipi ilə sektorda lider mövqeyini qorumaqdadır.

Son xəbərlər

Bütün Xəbər Lenti