Düşənbədə Azərbaycan, Mərkəzi Asiya və ərəb ölkələrinin iqtisadi əməkdaşlıq forumu işə başlayır

Düşənbədə Azərbaycan, Mərkəzi Asiya və ərəb ölkələrinin iqtisadi əməkdaşlıq forumu işə başlayır Tədbiri Tacikistan Prezidenti Emoməli Rəhmon açacaq
Biznes
16 Oktyabr , 2017 10:01
Düşənbədə Azərbaycan, Mərkəzi Asiya və ərəb ölkələrinin iqtisadi əməkdaşlıq forumu işə başlayır

Bakı. 16 oktyabr. REPORT.AZ/ Bu gün Düşənbədə Azərbaycan, Mərkəzi Asiya və ərəb ölkələrinin iqtisadi əməkdaşlıq forumu işə başlayır.

"Report" "Asia Plus"a istinadən xəbər verir ki, forumda 28 ölkədən xarici işlər və ya iqtisadiyyat nazirlərinin başçılıq etdiyi nümayəndə heyəti, o cümlədən Ərəb Dövlətləri Liqasına (ƏDL) daxil olan 22 dövlətin, Mərkəzi Asiyanın 5 ölkəsinin və Azərbaycanın nümayəndələri iştirak edirlər.

Forum çərçivəsində Tacikistan Prezidenti Emoməli Rəhmon, Cibutinin xarici işlər naziri - ƏDL-in Nazirlər Şurasının sədri Mahmud Əli Yusuf və ƏDL-in baş katibi Əhməd Əbülqeytin çıxışı gözlənilir.

Düşənbə forumunda ərəb ölkələri ilə Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında iqtisadi əməkdaşlığın, tərəfdaşlığın, əlaqələrin inkişafı ilə bağlı, eləcə də regionda sülhün və sabitliyin qorunmasına dair məsələlər müzakirə olunacaq.

Tədbirin yekununda Düşəndə Bəyannaməsinin qəbul ediləcəyi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi