Dünyanın ən böyük pərakəndə satış şəbəkəsi "Tesla" şirkətini məhkəməyə verib

Dünyanın ən böyük pərakəndə satış şəbəkəsi "Tesla" şirkətini məhkəməyə verib Dünyanın ən böyük pərakəndə satış şəbəkəsi olan ABŞ-ın Walmart şirkəti Tesla Inc şirkətini mağazaların damlarına quraşdırılmış günəş panellərinin yanması ilə bağlı səhlənkarlıqda ittiham edərək məhkəməyə verib.
Biznes
21 Avqust , 2019 12:46
Dünyanın ən böyük pərakəndə satış şəbəkəsi Tesla şirkətini məhkəməyə verib

Dünyanın ən böyük pərakəndə satış şəbəkəsi olan ABŞ-ın "Walmart" şirkəti "Tesla Inc" şirkətini mağazaların damlarına quraşdırılmış günəş panellərinin yanması ilə bağlı səhlənkarlıqda ittiham edərək məhkəməyə verib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Reuters" "Walmart"ın məhkəmə iddianaməsinə istinadən məlumat verib.

"Walmart" iddiasında qeyd edib ki, ABŞ-dakı 240-dan çox mağazasının damında quraşdırılmış bütün günəş panellərinin demontaj edilməsini və dəymiş zərərin ödənməsini tələb edir. Şirkət 7 mağazada panellərin yandığını vurğulayıb. 

"Yanğınlar mağazadakı xeyli miqdarda malı məhv edib və əsaslı təmir aparılmasına ehtiyac yaradıb. Nəticədə milyonlarla dollar zərərə qatlaşmışıq", - iddianamədə deyilir.

Son xəbərlər

Orphus sistemi