Dövlət Vergi Xidməti lizinq şirkətlərinin təmsilçiləri ilə görüş keçirib

Dövlət Vergi Xidməti lizinq şirkətlərinin təmsilçiləri ilə görüş keçirib İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların vergi qanunvericiliyinin tətbiqi ilə bağlı qarşılaşdıqları çətinlik və təkliflərinin öyrənilməsi istiqamətində qarşılıqlı əməkdaşlığı
Biznes
19 Avqust , 2022 14:45
Dövlət Vergi Xidməti lizinq şirkətlərinin təmsilçiləri ilə görüş keçirib
Report

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsi Azərbaycan Mərkəzi Bankının (AMB) nümayəndələrinin iştirakı ilə, lizinq fəaliyyəti ilə məşğul olan şirkətlərlə onlayn formatda görüş keçirib.

"Report" bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, tədbirdə çıxış edən idarə rəisi Nicat İmanov görüşün əsas məqsədinin sahə üzrə çətinliklərin müəyyənləşdirilməsi və həlli istiqamətində görülməli işlərin müzakirə edilməsi olduğunu qeyd edib, iştirakçıları fəal müzakirəyə dəvət edib.

Görüşdə lizinq şirkətlərinin səsləndirdiyi məsələlər, o cümlədən lizinq əməliyyatları üzrə ƏDV əvəzləşdirilməsi hüququnun istehlakçıya verilməsi, lizinq obyektinin idxalı zamanı ƏDV-nin tədbiqi məsələləri müzakirə edilib, iştirakçıların vergi qanunvericiliyinin tətbiqi ilə bağlı sualları cavablandırılıb.

Lizinq fəaliyyətinin gələcək inkişaf perspektivləri ilə bağlı AMB-nin Baş Direktoru Gülər Paşayeva bildirib ki, müvafiq sahədə inkişafa nail olunması məqsədilə mövcud qanunvericilik müddəalarının təkmilləşdirilməsi istiqamətində işlər aparılır. Bu xüsusda sahə üzrə problemlərin fərqli platformada dinlənilməsi layihələrin hazırlanması prosesinə öz müsbət təsirini göstərəcək.

Dövlət-biznes əməkdaşlığının inkişaf etdirilməsi və vergitutma mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı sahibkarların rəy və təkliflərinin öyrənilməsi istiqamətində görüşlərin davam etdiriləcəyi iştirakçıların diqqətinə çatdırılıb.

Son xəbərlər

Orphus sistemi