Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi kollektivə təqdim olunub
- 31 oktyabr, 2018
- 16:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 31 oktyabr. REPORT.AZ/ Prezident İlham Əliyevin 30 oktyabr 2018-ci il tarixli sərəncamı ilə Dövlət Gömrük Komitəsinin (DGK) Akademiyasının rəisi vəzifəsinə təyin olunmuş hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov bu gün ali təhsil müəssisəsinin kollektivinə təqdim edilib.
Bu barədə "Report" Komitəyə istinadən xəbər verir.
Məlumata görə, DGK-nın sədr müavini İqbal Babayev Q.Novruzovu təbrik edib, yeni vəzifəsində və gələcək fəaliyyətində ona uğurlar arzulayıb. O, Q.Novruzovun fəaliyyətindən söz açaraq onun təhsil sahəsində böyük yol keçdiyini bildirib və səmərəli fəaliyyət göstərdiyini diqqətə çatdırıb. İ.Babayev DGK-nın Akademiyasının daha böyük uğurlara imza atacağına əminliyini ifadə edib.
Q.Novruzov ona göstərilən yüksək etimada görə dövlət başçısına təşəkkür edib və bu etimadı doğrultmaq üçün çalışacağını deyib.