DGK cəbhədə baş verənlərə görə “Smart Customs”un işini dayandırdı

DGK cəbhədə baş verənlərə görə “Smart Customs”un işini dayandırdı Xaricdən sifariş edilən məhsulların ölkəyə gətirilməsi zamanı “Smart Customs” mobil tətbiqi vasitəsilə məcburi bəyanetmə müvəqqəti olaraq dayandırılıb.
Biznes
3529
30 Sentyabr , 2020 13:26
DGK cəbhədə baş verənlərə görə “Smart Customs”un işini dayandırdı
0 : 00
0 : 00

Xaricdən sifariş edilən məhsulların ölkəyə gətirilməsi zamanı “Smart Customs” mobil tətbiqi vasitəsilə məcburi bəyanetmə müvəqqəti olaraq dayandırılıb.

Bu barədə “Report”a Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, mövcud vəziyyətlə əlaqədar internetdə yaranan məhdudiyyətlər beynəlxalq poçt göndərişləri və daşıyıcı şirkətlər vasitəsilə xaricdən edilən sifarişlərin “Smart customs” mobil tətbiqi ilə məcburi bəyan olunmasında müvəqqəti çətinliklər yaradıb. DGK isə yaranmış vəziyyət nəzərə alınaraq vətəndaşların bağlamalarını əldə etməsində problemlərin yaranmaması üçün analoji addımı atıb.

“Smart Customs” tətbiqi ilə bəyan edilməyən mallar gömrük qanunvericiliyinin pozulmadığı təqdirdə daşıyıcı şirkətlər və poçt şöbələri vasitəsilə sahiblərinə çatdırılacaq.

Son xəbərlər

Orphus sistemi