“Dərnəgülsənayetikinti”nin rəhbərliyi yenidən formalaşdırılacaq

Biznes
  • 16 may, 2017
  • 05:44
“Dərnəgülsənayetikinti”nin rəhbərliyi yenidən formalaşdırılacaq

Bakı. 16 may. REPORT.AZ/ İyunun 30-da, saat 12.00-da “Dərnəgülsənayetikinti” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.

"Report" xəbər verir ki, yığıncaq Bakı şəhəri, Ziya Bünyadov küçəsi, 20/61 ünvanında olacaq. 

Yığıncağın gündəliyinə səhmdar cəmiyyətin 2016-cı ildəki fəaliyyəti ilə bağlı hesabatların təsdiq edilməsi, müəssisənin İdarə Heyəti sədrinin və üzvlərinin seçilməsi məsələləri daxildir. 

Xatırladaq ki, “Dərnəgülsənayetikinti” ASC 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 756 038 manatdır.