Deputat: "ÜDM-in 47 %-ni təmin edən neft sektorunda cəmi 39 min nəfər çalışır"
- 13 iyun, 2023
- 08:56
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) 47 %-ni təmin edən neft sektorunda cəmi 39 min nəfər çalışır.
"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə Bakıda keçirilən “İşğaldan Azad Edilmiş Ərazilərin Ölkə İqtisadiyyatına Reinteqrasiyası: Hədəflər və İstiqamətlər” mövzusunda keçirilən Beynəlxalq Elmi Konfransda bildirib.
"Halbuki, ÜDM-in 4,7 %-ni təmin edən kənd təsərrüfatında ümumi məşğul əhalinin 36 %-i, yəni 1 milyon 809 min nəfər çalışır. Göründüyü kimi, ÜDM-i əsas etibarı ilə bir sahə yaradır, məşğulluğu isə ən aşağı əmək məhsuldarlığına malik olan digər sahə. Kənd təsərrüfatı isə bütün dünyada olduğu kimi, ölkəmizdə də dövlət yardımı ilə ayaqda durur", - deyə o qeyd edib.