ABŞ-ın aparıcı aviaşirkəti “Delta Airlines” peyvənd olunmayan işçiləri üçün cərimə sistemi tətbiq edib.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, aviaşirkət peyvənd olunmayan hər işçisindən əlavə 200 ABŞ dollarlıq sağlamlıq sığortası haqqı çıxacaq.
Məlumata görə, aviaşirkət bu üsulla vaksinə olan tələbatı artırmağı hədəfləyir. Belə ki, koronavirusun “Delta” variantının təsirindən qorunmaq istəyən aviaşirkət peyvəndə müqavimət göstərənləri hədəfə alıb.