Daxili İşlər Nazirliyinə məxsus avtomobillər hərracda satılıb

Biznes
  • 15 may, 2018
  • 10:39
Daxili İşlər Nazirliyinə məxsus avtomobillər hərracda satılıb

Bakı. 15 may. REPORT.AZ/ Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərracını keçirib.

“Report” Dövlət Komitəsinə istinadən xəbər verir ki, hərracda Daxili İşlər Nazirliyinin balansındakı 4 ədəd minik avtomobili satılıb.

Bunlar 2007-ci il buraxılışı olan BMW və “Fiat” markalı nəqliyyat vasitələridir.

44 filmi