Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarlardan daxil olmuş müraciətlər əsasında daxili bazar araşdırmalarının aparılmasına konsaltinq şirkətlərinin cəlb edilməsi istiqamətində işlərə başlayıb.
Bu barədə "Report"a müsahibəsində Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov məlumat verib.
Onun sözlərinə görə, proses "Dövlət satınalmaları haqqında" qanuna uyğun olaraq həyata keçirilir: "Mikro, kiçik və orta sahibkarlar üçün daxili bazar araşdırmalarının aparılmasına dövlət dəstəyinin göstərilməsi ilə bir tərəfdən sahibkarın bu sahədə xərcləri azalacaq, digər tərəfdən rəqabətqabiliyyətli istehsalın stimullaşdırılması ilə yeni məhsul və xidmətlərin, müəssisə və obyektlərin yaranmasına, özəl sektorda məhsul istehsalının artırılmasına dəstək göstəriləcək. Bu dəstək mexanizminin işə düşməsi bir daha göstərir ki, Prezident
Xatırladaq ki, ölkə Prezidentinin 29 may 2019-cu il tarixli fərmanı ilə “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması məqsədilə daxili bazar araşdırmalarına dövlət dəstəyi göstərilməsi Qaydası” təsdiq edilib. Sözügedən Qaydaya uyğun olaraq, bu dəstək mexanizmindən mikro, kiçik və orta sahibkarlıq subyektləri yararlanır. Yeni dəstək mexanizmi çərçivəsində sahibkarların müraciəti əsasında müvafiq sahə üzrə bazar araşdırmasının aparılması üçün KOB-lara informasiya və maliyyə dəstəyi göstərilir.
O.Məmmədovla geniş müsahibəni gələn həftənin bazar ertəsi günü “Report”da oxuya bilərsiniz.