Çindən Azərbaycana yüklərin göndərilməsi gecikir

Çindən Azərbaycana yüklərin göndərilməsi gecikir Çinin hava limanlarından birində bu ölkədən Azərbaycan, Gürcüstan və Türkiyəyə göndərilən yüklərdən biri alışıb-yanıb.
Biznes
15 Aprel , 2021 16:14
Çindən Azərbaycana yüklərin göndərilməsi gecikir

Çinin hava limanlarından birində bu ölkədən Azərbaycan, Gürcüstan və Türkiyəyə göndərilən yüklərdən biri alışıb-yanıb.

“Report” xəbər verir ki, bu barədə xaricdən Azərbaycana mal idxalı ilə məşğul olan şirkətlər məlumat yayıb.

Məlumata görə, yanğına səbəb yükün içində gündəlik istifadə edilən litium batareyalarının olmasıdır. Buna görə qalan bütün yüklər təkrar yoxlamadan keçməli olub. Bu isə yüklərin Azərbaycana daşınmasına gecikmə yaradıb. Bu həftəsonu ölkəyə çatması gözlənilən yükün gələn həftənin əvvəlində çatacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi