Çin pandemiya səbəbindən ən böyük aviaşousunu ləğv edib

Çin pandemiya səbəbindən ən böyük aviaşousunu ləğv edib Çinin Çjuhay şəhərindəki ən böyük beynəlxalq hava şousunun təşkilatçıları bu il pandemiya səbəbiylə şounu ləğv etdiklərini elan ediblər
Biznes
10 Sentyabr , 2020 14:44
Çin pandemiya səbəbindən ən böyük aviaşousunu ləğv edib

Çinin Çjuhay şəhərindəki ən böyük beynəlxalq hava şousunun təşkilatçıları bu il pandemiya səbəbi ilə şounu ləğv etdiklərini elan ediblər.

“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi şounun təşkilatçısı “Zhuhai Airshow Co.” şirkətinə istinadən məlumat yayıb.

Aviaşounun saytında bu məlumat hələ yoxdur. Ancaq şouya bilet almaq istərkən tədbirin noyabrın 10-dan 15-dək olacağı və məlumatın hazırda yeniləndiyi yazısı görünür.

Adətən bu şouda “Airbus”, “Boeing”, “Commercial Aircraft Corp of China” (COMAC) kimi böyük istehsalçılar iştirak edirlər. Lakin pandemiya şəraitində bir çox Qərb aviaşirkətləri şouda iştirak planlarını yenidən nəzərdən keçirib.

Bundan əlavə, xəstəliyin yeni hallarının artması fonunda vətəndaşların sağlamlığını qorumaq məqsədilə Çinə giriş hələlik ciddi şəkildə məhdudlaşdırılıb.

Xatırladaq ki, bundan əvvəl ilin əvvəlində dünyanın ən böyük hava şoularından biri olan Farnboro” şousu ləğv edilmişdi. Ancaq onun təşkilatçıları tədbiri rəqəmsal formatda vebinarlar, dəyirmi masalar, ekspert çıxışları və s. ilə keçirməyə qərar vermişdi.

Son xəbərlər

Orphus sistemi