Çexiya şirkətləri Azərbaycanın qeyri-neft sektoruna maraq göstərir

Çexiya şirkətləri Azərbaycanın qeyri-neft sektoruna maraq göstərir Bunu Çexiyanın sənaye və ticarət naziri Yan Mladek bildirib
Biznes
17 Yanvar , 2017 13:45
Çexiya şirkətləri Azərbaycanın qeyri-neft sektoruna maraq göstərir

Bakı. 17 yanvar. REPORT.AZ/ "Çex şirkətləri Azərbaycanda qeyri-neft sektorunun müxtəlif sahələrində fəaliyyət göstərməkdə maraqlıdır".

"Report"un məlumatına görə, bunu Bakıda keçirilən Azərbaycan-Çexiya biznes forumunda Çexiyanın sənaye və ticarət naziri Yan Mladek bildirib.

Çexiyalı nazir qeyd edib ki, Çexiya Azərbaycanla təkcə siyasi deyil, həmçinin iqtisadi əlaqələrin də inkişaf etdirilməsində maraqlıdır: "İki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində sahibkarların əməkdaşlıq imkanları olduqca genişdir. Ölkələrimiz strateji tərəfdaşdır. Azərbaycan Çexiyaya xam neft ixrac edir. Bununla belə, qeyri-neft sektoru sahəsində də ölkələrimiz əməkdaşlıq edir və bu sahədə əlaqələrin genişləndirilməsində maraqlıdır. Çexiya infrastruktur, nəqliyyat, kənd təsərrüfatı, səhiyyə, təhsil, enerji, texnologiyalar sahəsində Azərbaycanla əlaqələrin inkişaf etdirilməsinə maraq göstərir".

Y.Mladek deyib ki, Çexiya şirkətləri Azərbaycanda tullantıların idarə olunmasına böyük töhfə verəcək: "Biz turist axını ilə bağlı iki ölkə arasında vəziyyəti daha da yaxşılaşdırmalıyıq. Çex turistləri bu regionda daha çox İrana gəlirlər. Ancaq təşviqat kampaniyaları nəticəsində qarşılıqlı turist axınını artırmaq olar. Biz Azərbaycana ÜTT üzvlüyündə dəstək göstərməyə hazırıq. Əminəm ki, bu forum çərçivəsində şirkətlər və sahibkarlar arasında bir çox müqavilə və sənədlər imzalanacaq".

Son xəbərlər

Orphus sistemi