Bu ilin 11 ayının ən yaxşı ixracatçıları məlum olub

Bu ilin 11 ayının ən yaxşı ixracatçıları məlum olub İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) 2020-ci ilin 11 ayı üzrə ölkənin qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqini açıqlayıb.
Biznes
30 Dekabr , 2020 12:38
Bu ilin 11 ayının ən yaxşı ixracatçıları məlum olub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) 2020-ci ilin 11 ayı üzrə ölkənin qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqini açıqlayıb.

“Report” xəbər very ki, “İxrac İcmalı”nın dekabr sayında qeyd edilən siyahıya liderliyi "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi edir.

Növbəti yerləri isə “Socar Polymer” MMC, "Land Lojistic" MMC, "MKT İstehsalat Kommersiya" MMC, "Sun Food" MMC, "Global Trade Group" MMC, "Almeyvə" MMC, "Baku Steel Company", “Aqrovest” MMC və " Fruit Store" MMC tutub.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına Azərbaycan Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra bu siyahıda "AzerGold" QSC, "Azəralüminium" MMC, "Azərenerji" ASC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan Hava Yolları" QSC, “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC, "Azərbaycan İstilik Elektrik Stansiyası" MMC, Naxçıvan MR Dövlət Energetika Xidməti və “Azəripək” MMC təmsil olunur.

Son xəbərlər

Orphus sistemi