Bu il sənaye zonaları 268 milyon manatlıq qeyri-neft ixracı həyata keçirib

Bu il sənaye zonaları 268 milyon manatlıq qeyri-neft ixracı həyata keçirib "Ümumilikdə, indiyə qədər sənaye zonalarında 4,2 milyard manatlıq məhsul istehsal olunub ki, bunun da 1,1 milyard manatlıq hissəsi ixrac edilib".
Biznes
12 İyul , 2021 12:53
Bu il sənaye zonaları 268 milyon manatlıq qeyri-neft ixracı həyata keçirib

"Qeyri-neft sektorunun inkişafında əlverişli mexanizm olan sənaye zonalarında bu ilin I yarısında 824 milyon manatlıq - ötən ilin eyni dövrü ilə müqayisədə 38% çox məhsul istehsal edilib, 268 milyon manatlıq ixrac həyata keçirilib".

"Report" xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter"də bildirib.

"Ümumilikdə, indiyə qədər sənaye zonalarında 4,2 milyard manatlıq məhsul istehsal olunub ki, bunun da 1,1 milyard manatlıq hissəsi ixrac edilib", - deyə o, qeyd edib.

Son xəbərlər

Orphus sistemi