Bu il Naxçıvanda istehsal olunan məhsulların ixracı 7 milyon dolları ötüb

Bu il Naxçıvanda istehsal olunan məhsulların ixracı 7 milyon dolları ötüb ​​​​​​​Bu ilin 8 ayında Naxçıvan Muxtar Respublikasında istehsal edilmiş ümumilikdə 7 milyon 287,5 min ABŞ dolları dəyərində məhsul ixrac olunub.
Biznes
9 Oktyabr , 2024 12:15
Bu il Naxçıvanda istehsal olunan məhsulların ixracı 7 milyon dolları ötüb

Bu ilin 8 ayında Naxçıvan Muxtar Respublikasında istehsal edilmiş ümumilikdə 7 milyon 287,5 min ABŞ dolları dəyərində məhsul ixrac olunub.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə muxtar respublikanın İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində “Sertifikatlaşdırma və Metrologiya Mərkəzi”ndən məlumat verilib.

Bu ilin 8 ayında “Sertifikatlaşdırma və Metrologiya Mərkəzi” publik hüquqi şəxs tərəfindən verilmiş mənşə sertifikatlarına əsasən muxtar respublikada istehsal edilmiş məhsullardan Gürcüstana 2 milyon 774,3 min ABŞ dolları, Rusiyaya 993,5 min ABŞ dolları, Yəmənə 902,5 min ABŞ dolları, Qırğızıstana 823,7 min ABŞ dolları, Türkiyəyə 309,4 min ABŞ dolları və digər ölkələrə 1 milyon 484,1 min ABŞ dollar dəyərində ixrac olunub.

Bu ilin mart-sentyabr aylarında “Sertifikatlaşdırma və Metrologiya Mərkəzi” tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə 244 mənşə sertifikatı verilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 48,8 % çoxdur. Bu ilin ötən dövründə verilmiş mənşə sertifikatlarından daxilolmalar 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,8 dəfə artaraq 29,8 min manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi