Bu il Azərbaycanın tütün idxalına çəkdiyi xərc 11 %-dən çox artıb
Biznes
- 21 oktyabr, 2023
- 11:38
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan 85,08 milyon ABŞ dolları dəyərində tütün və onun sənaye əvəzedicilərini idxal edib.
“Report” Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 9,4 milyon ABŞ dolları, yaxud 11,05 % çoxdur.
Bu ilin ilk üç rübü ərzində Azərbaycanın ixrac etdiyi tütün və onun sənaye əvəzedicilərinin dəyəri isə 10,37 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 6,87 milyon ABŞ dolları yaxud 39,85 % azdır.
Hesabat dövründə tütün və tütünün sənaye əvəzediciləri üzrə idxal xərcləri Azərbaycanın ümumi idxal xərclərinin 0,67 %-ni, ixrac gəlirləri isə ümumi ixrac gəlirlərinin 0,04 %-ni təşkil edib.
Son xəbərlər
05:12
Tramp İranla münaqişənin tezliklə həll olunacağına ümid edir
Digər ölkələr
05:07
Çin "Shijian-24" eksperimental peykini uğurla orbitə çıxarıb
Digər ölkələr
04:36
Hondurasda 12 nəfərin öldürülməsindən sonra ölkənin şimalına xüsusi təyinatlı bölmələr göndərilib
Digər ölkələr
04:05
Oman sahillərində neft tankerinə hücum edilib
Digər ölkələr
03:55
Çexiya ABŞ-dən LNG tədarükü üzrə uzunmüddətli müqavilə bağlamağı planlaşdırır
Digər ölkələr
03:09
"Bloomberg": "Anthropic" səhmlərin yerləşdirilməsi hesabına 94 milyard dollardan çox vəsait cəlb edə bilər
İqtisadiyyat
02:44
FTB ABŞ-nin Yunanıstandakı keçmiş səfirinin fəaliyyətini araşdırır
Digər ölkələr
02:02
Tramp, Putin və Si Cinpinin üçtərəfli görüşünün vaxtı məlum olub
Digər ölkələr
01:40
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
Digər ölkələr