Bu il Azərbaycanda 3 mindən çox kommersiya qurumu yaradılıb

Bu il Azərbaycanda 3 mindən çox kommersiya qurumu yaradılıb Bu ilin yanvar-mart aylarında Azərbaycanda 3 098 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 14,1% çoxdur.
Biznes
11 Aprel , 2022 16:10
Bu il Azərbaycanda 3 mindən çox kommersiya qurumu yaradılıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 3 098 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 14,1% çoxdur.

"Report" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, kommersiya qurumlarının 82,2%-i elektron qaydada, 17,8%-i kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb. 530 kommersiya qurumunun (ümumi qeydiyyatın 17,1%-nin) ƏDV məqsədləri üçün qeydiyyata alınması təmin edilib.

Hesabat dövründə qeydiyyatdan keçmiş kommersiya qurumlarının 87,2%-i yerli investisiyalı, 12,8%-i xarici investisiyalı müəssisələrdir. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə yerli dövlət qeydiyyatına alınmış investisiyalı kommersiya hüquqi şəxslərin sayı 8,3% artıb. Ümumiyyətlə, aprelin 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 88,9%-i məhdud məsuliyyətli cəmiyyət, 1,5%-i səhmdar cəmiyyət, 1,2%-i kooperativ və s. formalarda yaradılıb.

Hesabat dövründə kommersiya qurumlarının 82,2%-i elektron qaydada qeydiyyatdan keçib. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 95,1% təşkil edib. 2022-ci ilin birinci rübündə yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 433 yerli investisiyalı MMC qeydiyyata alınıb. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi 14%, yerli investisiyalı MMC-lərin qeydiyyatında xüsusi çəkisi isə 16,2% təşkil edib.

Son xəbərlər

Orphus sistemi