Bu il Azərbaycana Ukraynadan yarım milyon dollardan çox araq idxal edilib

Bu il Azərbaycana Ukraynadan yarım milyon dollardan çox araq idxal edilib bu, Ukraynanın ixrac etdiyi ümumi araq həcminin 2,94%-nə bərabərdir
Biznes
9 Sentyabr , 2020 13:26
Bu il Azərbaycana Ukraynadan yarım milyon dollardan çox araq idxal edilib

Bu ilin yanvar-iyun ayları ərzində Ukraynadan Azərbaycana 558 min ABŞ dolları dəyərində araq ixrac edilib.

“Report”un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu, 6 ay ərzində Ukraynanın ixrac etdiyi ümumi araq həcminin 2,94%-nə bərabərdir.

Belə ki, bu ilin 6 ayında Ukrayna ümumilikdə xarici ölkələrə 19 mln ABŞ dolları dəyərində araq ixrac edib. Bu ölkənin eyni məhsulun idxalı isə 7,3 mln ABŞ dolları təşkil edib. Bu müddət ərzində ən çox Ukrayna arağını Polşada içiblər. Bu ölkəyə ümumilikdə 2,2 mln ABŞ dolları dəyərində araq ixrac edilib.

Sonrakı yerləri Qazaxıstan və ABŞ tuturlar. Bu ölkələrə müvafiq olaraq 1,6 mln ABŞ dolları və 1,5 mln ABŞ dolları həcmində məhsul ixrac edilib.

Bundan başqa, bu ilin yanvar-iyun aylarında Ukrayna Birləşmiş Ərəb Əmirliklərinə 1,2 mln ABŞ dolları, Estoniyaya 745 min ABŞ dolları, Gürcüstana isə 721 min ABŞ dolları dəyərində araq tədarük edib.

Son xəbərlər

Orphus sistemi