Bu gün Azərbaycan ilə Bolqarıstan arasında müştərək komissiyanın 5-ci iclası keçiriləcək

Biznes
  • 06 noyabr, 2018
  • 06:17
Bu gün Azərbaycan ilə Bolqarıstan arasında müştərək komissiyanın 5-ci iclası keçiriləcək

Bakı. 6 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycan ilə Bolqarıstan arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə müştərək komissiyanın 5-ci iclası keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Hüseynov bildirib.

O deyib ki, noyabrın 6-8 tarixlərində Azərbaycan ilə Bolqarıstan arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə müştərək komissiyanın 5-ci iclası baş tutacaq.

“Azərbaycan nümayəndə heyətinə Azərbaycan kənd təsərrüfatı naziri, komisiyanın həmsədri İnam Kərimov rəhbərlik edir və nazir bu gün Bolqarıstana rəsmi səfər edir”,- A.Hüseynov vurğulayıb.