Böyük Britaniya şirkəti Azərbaycandakı nümayəndəliyini bağlayıb

Biznes
  • 30 may, 2018
  • 04:52
Böyük Britaniya şirkəti Azərbaycandakı nümayəndəliyini bağlayıb

Bakı. 30 may. REPORT.AZ/ Böyük Britaniyanın “Globex International LLP” şirkəti Azərbaycandakı nümayəndəliyinin ləğv olunduğunu elan edib.

“Report” xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin “Vergilər” qəzetinin xüsusi buraxılışında məlumat verilib.

Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Ələsgər Qayıbov küçəsi, 10Q, STN Plaza 11-ci mərtəbə ünvanına bildirə bilərlər.

Son xəbərlər

Bütün Xəbər Lenti