ABŞ-ın təyyarə istehsalçısı olan “Boeing” şirkəti Rusiya titanının alışını dayandırıb.
“Report” xəbər verir ki, bu barədə bazar ertəsi TASS-a şirkətin Mətbuat Xidmətindən məlumat verilib.
Eyni zamanda, konsern “Ural Boeing Manufacturing” birgə müəssisəsinin taleyi ilə bağlı açıqlama verməyib.
“Boeing” şirkəti bir neçə ildir davam edən qlobal tədarükçülərin birləşdirilməsi təşəbbüsü sayəsində əhəmiyyətli dərəcədə titan ehtiyatına malikdir. Hazırda Rusiyadan titan alışı dayandırılıb. Titan ehtiyatı və alternativ tədarükçülər şəbəkəsi “Boeing”ə mülki təyyarələrin istehsalını fasiləsiz şəkildə həyata keçirməyə imkan verir. Şirkət uzunmüddətli perspektivdə biznesin davamlılığını təmin etmək üçün addımlar atmağa davam edəcək”, - korporasiyadan bildiriblər.
“The Wall Street Journal” qəzetinin məlumatına görə, şirkət təyyarə komponentləri üçün tələb olunan titan miqdarının təxminən üçdə birini Rusiyadan alır. Qalan hissə isə ABŞ, Yaponiya, Çin və Qazaxıstanın payına düşür.