“Boeing” ötən il 1 000-ə yaxın sifariş alıb

“Boeing” ötən il 1 000-ə yaxın sifariş alıb ABŞ-ın təyyarə istehsalçısı “Boeing” şirkəti 2021-ci ildə 909 sifarişi alıb, 340 təyyarə təhvil verib.
Biznes
12 Yanvar , 2022 11:07
“Boeing” ötən il 1 000-ə yaxın sifariş alıb

ABŞ-ın təyyarə istehsalçısı “Boeing” şirkəti 2021-ci ildə 909 sifarişi alıb, 340 təyyarə təhvil verib.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Xatırladaq ki, ötən il "Boeing"in əsas rəqibi - Fransanın “Airbus” şirkəti isə 771 sifariş alıb, 611 təyyarə təhvil verib.

Beləliklə, “Boeing” sifarişlərinin sayına görə “Airbus”ı geridə qoysa da, çatdırılmada liderliyini qoruyub saxlayıb.

Son xəbərlər

Orphus sistemi