BMW şirkəti kütləvi ixtisarlara hazırlaşır

BMW şirkəti kütləvi ixtisarlara hazırlaşır BMW şirkəti yeni koronavirusun əmələ gətirdiyi böhran üzündən 6 min iş yerini ixtisar etmək niyyətindədir.
Biznes
19 İyun , 2020 19:06
BMW şirkəti kütləvi ixtisarlara hazırlaşır

BMW şirkəti yeni koronavirusun əmələ gətirdiyi böhran üzündən 6 min iş yerini ixtisar etmək niyyətindədir.

“Report” “Handelsblatt”a istinadən xəbər verir ki, bununla yanaşı, müvəqqəti iş müqavilələrinə də xitam veriləcək və nəticədə işdən çıxarılanların ümumi sayı 10 minə yaxın olacaq. İxtisarlar daha çox yaşlı əməkdaşları əhatə edəcək.

Qeyd olunur ki, bunlar Almaniyanın avtomobil sənayesində ümumi vəziyyəti əks etdirir. Belə ki, “Daimler” şirkəti 15 min, “Audi” isə 9,5 min işçisini ixtisar etməyə hazırlaşır.

Bütövlükdə Avropa İttifaqı ərazisində yeni minik avtomobillərinə olan tələbat cari ilin 5 ayı ərzində 41,5 faiz azalıb. Avropa Avtomobil İstehsalçıları Assosiasiyasına (ACEA) görə göstərilən müddət ərzində İspaniyadakı satışlar 54,2 faiz, İtaliyada 50,4 faiz, Fransada 48,5 faiz, Almaniyada isə 35 faiz azalıb.

Son xəbərlər

Orphus sistemi