Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın yeni internet Portalı təqdim edilib

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın yeni internet Portalı təqdim edilib Bu gün İqtisadi İslahatlarınTəhlili və Kommunikasiya Mərkəzi Dövlət - Biznes Dialoqu Platforması, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın yeni internet Portalının təqdimatı mövzusunda konfrans keçirir.
Biznes
5 Aprel , 2019 10:53
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın yeni internet Portalı təqdim edilib
Report/ Firi Salim

Bu gün İqtisadi İslahatlarınTəhlili və Kommunikasiya Mərkəzi "Dövlət - Biznes Dialoqu Platforması, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın yeni internet Portalının təqdimatı" mövzusunda konfrans keçirir.

“Report”un məlumatına görə, mərkəzin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, biznes mühiti və beynəlxalq rəytinqlər üzrə Komissiya Azranking.az Portalı vasitəsilə idarəetməni elektron qaydada həyata keçirəcək.

Onun sözlərinə görə, Komissiyanın işçi qruplarının fəaliyyətinin əlaqələndirilməsi, iclas və görüşlərin təşkil edilməsi, daxili məlumatların və müvafiq sənədlərin mübadiləsi də yeni internet platforması üzərindən reallaşacaq: “Bundan başqa, Azranking.az portalında beynəlxalq reytinqlər üzrə bütün məlumatlar, metodologiya, qiymətləndirmə və eyni zamanda, reytinq üzrə bütün ölkələrin Azərbaycan ilə illər üzrə müqayisəli təhlil sistemi və digər funksiyalar mövcuddur”.

Azərbaycan Prezidentinin İqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi xidmətinin baş məsləhətçisi Vüsal Şıxəliyev portal haqqında ətraflı danışıb. V. Şıxəliyev bildirib ki, portal Komissiyanın iclaslarında baxılan məsələlər və qəbuledilən qərarlar barədə məlumatların ictimaiyyət, eləcə də kütləvi informasiya vasitələrində şəffaf və əlçatan olaraq yayılmasını təmin etmək məqsədi daşıyır. Azərbaycan və ingilis dillərində fəaliyyət göstərən Portalda Komissiya haqqında ümumi məlumat, qanunvericilik bazası, fəaliyyət, reytinqlər, müqayisə, onlayn müraciət və əlaqə bölümləri yer alıb.

Konfransda Prezident İlham Əliyevin rəhbərliyi ilə investorların maraqlarının qorunması, elektron məhkəmə, biznesə başlama, tikinti icazələri, elektirik şəbəkələrinə qoşulma, maliyyə mənbələrinə çıxış və əmlakın qeydiyyatı, habelə vergi və gömrük sahəsində aparılan islahatlara dair təqdimatlar olub.

Son xəbərlər

Orphus sistemi