“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi 844 milyon dollarlıq ixraca kömək edib

“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi 844 milyon dollarlıq ixraca kömək edib Bu ilin iyul ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 17,4 milyon ABŞ dolları olub.
Biznes
1 Avqust , 2022 11:54
“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi 844 milyon dollarlıq ixraca kömək edib

Bu ilin iyul ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 17,4 milyon ABŞ dolları olub.

“Report” xəbər verir ki, bu barədə İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) açıqladığı “İxrac icmalı”nın iyul buraxılışında qeyd edilir.

2017-ci ildən 2022-ci ilin iyul ayına qədər “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə ixrac edilən mal və məhsulların dəyəri 843,7 milyon ABŞ dolları təşkil edib.

Son xəbərlər

Orphus sistemi