“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi 725 milyon dollarlıq ixraca kömək edib

“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi 725 milyon dollarlıq ixraca kömək edib Bu ilin fevral ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 17 milyon ABŞ dolları olub.
Biznes
28 Fevral , 2022 14:47
“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi 725 milyon dollarlıq ixraca kömək edib

Bu ilin fevral ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 17 milyon ABŞ dolları olub.

“Report” xəbər verir ki, bu barədə İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) açıqladığı “İxrac icmalı”nın fevral buraxılışında qeyd edilir.

Sənədə əsasən, bu, ötən ilin fevral ayı ilə müqayisədə 15,4% azdır.

2017-ci ildən 2022-ci ilin fevral ayına qədər “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə ixrac edilən mal və məhsulların dəyəri 725,4 milyon ABŞ dolları təşkil edib. 

Son xəbərlər

Orphus sistemi